30 
Yan
2023
13:35
1961

Fevralın 1-də yeni kəşf edilən yaşıl kometa Yerə yaxınlaşacaq

Alimlər tərəfindən bu yaxınlarda kəşf edilən “C/2022 E3” yaşıl kometası fevralın 1-də Yerə yaxınlaşacaq.

InterPress.ge xəbər verir ki, bu barədə “Newsweek” nəşri məlumat yayıb.

York Universitetinin məlumatına görə, yaşıl kometa Yerdən 42 kilometr uzaqlıqdan keçəcək. Alimlərin fikrincə, göy cismini Şimal Tacı bürcünün bölgəsində adi gözlə müşahidə etmək olar. İndi kometi yalnız güclü durbin və ya kiçik teleskoplar vasitəsilə görmək olar.

Fevralın 1-də hava aydın olarsa, “C/2022 E3” kometası səmada quyruğu olan tutqun yaşılımtıl parıltı şəklində görünəcək.

Qeyd edək ki, Yaşıl kometa 2022-ci ildə Kaliforniya astronomları tərəfindən kəşf edilib. Göy cismi uzunmüddətli kometa kimi təsnif edilirdi. Hesab edilir ki, kometa sonuncu dəfə Yerin yanından təxminən 55 min il əvvəl, Daş dövründə uçmuşdu və növbəti uçuş olmaya bilər.

Bizimlə əlaqə saxlayın