05 
Fev
2023
14:20
349

Qudauri-Kobi hissəsində nəqliyyatın hərəkəti bərpa olundu

Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti məlumat verib.

Məlumata görə, aparılan təmizləmə işləri nəticəsində beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri -Kobi hissəsində qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, Qudauri -Kobi hissəsində nəqliyyatın hərəkəti dayanmadan, yalnız uçqun tunelləri vasitəsilə həyata keçiriləcək.

Onların məlumatına görə, tunellərdə qoşqu, yarımqoşqu və tutumu 30-dan çox olan avtobusların hərəkəti birtərəfli həyata keçiriləcək.

Bizimlə əlaqə saxlayın