10 
Iyl
2020
19:37
461

Avropa İttifaqı və Gürcüstanın hüquqşünaslar assosiyasiyası təşəbbüs irəli sürüblər

Avropa İttifaqı və Gürcüstanın hüquqşünaslar assosiyasiyası təşəbbüs irəli sürüblər.Təşəbbüsə əsasən maddi yardıma ehtiyacı olan tək valideyn üçün Pro-bono hüquqi xidmət həyata keçirəcəklər və eləcə də məsləhətləşmə, məhkəmə və inzibati orqanlarda nümayəndəliyi qoruyacaqlar.

InterPress.ge xəbər verir ki, bu haqda məlumatı Avropa İttifaqı yayır.

Onların məlumatına görə, bu məqsədlə Rustavidən, Tbilisidən, Sameqrelodan, Kutaisidən, Batumidən və Kobuletidən açıq müsabiqə ilə 11 hüquqşünas seçilib. Layihənin benefisiarları sosiyal aztəminatlı bazaya daxil olan tək valideynlərdir.

“Covid–19 pandemiya Gürcüstanda bir çox insanı və ailəni ağır maddi problemlə üz- üzə qoydu. Digər çətinliklər arasında ehtiyyaclı qrupların hüquqi nümayəndəlik xərclərini ödəməyə imkanları çatmır. Bu isə bir fundamentli hüquqi və effektli nümyaəndəliyi çətinləşdirə bilər və buda bir növ təhlükə yaradır", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Pro-bono xidməti təşəbbüsü 6 ay davam edəcək - 31 dekabr 2020-ci ilədək.

Bizimlə əlaqə saxlayın