12 
Fev
2023
21:12
2020

Gürcüstanda güclü zəlzələ olacaqmı sualına rəsmi cavab verildi

Son günlər naməlum şəxslər tərəfindən vətəndaşlara sosial şəbəkələrdə, eləcə də televizor ekranlarında Gürcüstanda güclü zəlzələnin olacağı barədə məlumatlar yerləşdirilir.

Seysmik Monitorinq Mərkəzindən  InterPress ge xəbər portalına verilən məlumata görə, yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Güclü zəlzələ proqnozu verilmir. Zəlzələnin olacağı ilə bağlı yayılan məlumatlar yalandır",- mərkəzdən verilən məlumatda bildirilir.

Bundan əlavə Seysmik Monitorinq Mərkəzinin rəhbəri Tea Qodoladze sosial şəbəkədə yayılan şayələrdən irəli gələrək vətəndaşları bu kimi yalanlara inanmamağa çağırır.

"Artıq dərəcədə xahiş edirəm güclü zəlzələ ilə bağlı yayılan şayələrə inanmayın. Güclü zəlzələ proqnozu verilmir",-Tea Qodoladze yazır.

Qeyd edək ki, sosial şəbəkələrdə və televizor ekranlarında seysmoloq B. Kuridze adı ilə Gürcüstan boyu güclü zəlzələnin olacağı barədə məlumatlar yerləşdirilir.

Yayılan şayiələrin mətninin tərcüməsini təqdim edirik:

"Bu gün gecə saat 03:18 radələrində  Gürcüstan miqyası ilə 7.2 bal zəlzələnin olacağı gözlənilir. Evdə qalmayın və yüksək mərtəbəli binaların olmadığı ərazilərə gedin."

InterPress.ge xəbər portalı olaraq vətəndaşları bu kimi şayələrə inanmamağa, ancaq rəsmi mənbələrə dayanan məlumatları izləməyə çağırırıq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər