13-18 fevral tarixlərində hava bu cür olacaq...
Fevralın 13-dən 18-dək Skandinaviya siklonu ilə əlaqədar soyuq və rütubətli hava kütlələrinin yayılması, yağıntıların əsasən qar şəklində olacağı, güclü qərb küləyinin əsəcəyi, dənizdə 4-5 bal gücündə tufan gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Onların məlumatına görə, dağlıq və aran rayonlarında güclü qar, çovğun, duman, sürüşkən buz və qar uçqunu təhlükəsi ola bilər.
Bundan başqa, məlumatda avtomobil yollarının müəyyən hissələrində hərəkətin məhdudlaşdırılmasının mümkün olduğu bildirilir.
Fevralın 14-16-da Qərbi Gürcüstanın aran rayonlarında havanın temperaturunun -3,-5 dərəcəyə qədər gözlənilən enməsi sitrus bitkilərinə (xüsusilə limonlara) ziyan vura bilər.


