17 
Fev
2023
14:29
233

Qriqol Liluaşvili İspaniyanın Daxili İşlər Naziri ilə görüşüb

Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvili İspaniya Krallığının daxili işlər naziri Fernando Qrande Marlaska Qomez ilə görüşüb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın  Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata görə, görüşdə tərəflər regionda təhlükəsizlik məsələlərini nəzərdən keçirib, Gürcüstan və İspaniya Krallığı arasında strateji əməkdaşlığın əsas istiqamətləri barədə danışıblar.

“Görüş zamanı ümumi çağırış və təhdidlərin öhdəsindən gəlmək üçün təhlükəsizlik sahəsində sıx və intensiv əməkdaşlığın vacibliyi vurğulanıb. Qriqol Liluaşvili və Fernando Qrande Marlaska Qomes gələcək əməkdaşlıq planlarını müəyyən ediblər”, - Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda qeyd olunur.
 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər