25 
Fev
2023
16:09
355

Gürcüstanda tələbələrin 33,5%-nin statusu dayandırılıb

 Gürcüstanda tələbələrin 33,5%-nin statusu dayandırılıb. Söhbət bakalavr pilləsində təhsil alan tələbələrdən gedir .

InterPress.ge xəbər verir ki, bu Gürcüstanın Təhsil və Elm Nazirliyi məlumat verib.

Qurumdan verilən məlumata görə, 13.02.2023-cü il tarixinə təhsilin idarəedilməsi informasiya sisteminin bazasında 178 450 bakalavriat tələbəsi qeydiyyatdadır ki, onlardan 68 491 tələbənin statusu dayandırılıb, onlardan 28 590 nəfəri, 11,8 faizi maliyyə borcu ilə bağlıdır.

“Maliyyə borcuna görə statusu dayandırılan tələbələrin 1064-ü xarici ölkə vətəndaşlarıdır; 851 nəfər digər ali təhsil proqramı üzrə fəal statusa malikdir; 1031 tələbənin statusunun dayandırılmasından 5 ildən çox vaxt keçib; 754 tələbənin statusu 2 və ya daha çox təhsil proqramı üzrə dayandırılıb; 2702 tələbə dövlət təhsil və sosial qrant alıb; 1051 nəfər isə prioritet proqramın maliyyələşdirilməsindən yararlanıb. Beləliklə, 13.02.2023-cü il tarixinə yuxarıda qeyd olunanların hamısı nəzərə alınmaqla hesablanmış məlumat cədvəlini sizə təqdim edirik” – deyə qurumun məlumatında yazılıb.

Məlumat üçün bildirək ki, tələbə statusunun dayandırılmasının səbəbi tələbənin şəxsi bəyanatı ola bilər (səbəbi göstərilmədən); mübadilə təhsili proqramı çərçivəsində təhsil istisna olmaqla, xarici ölkədə, ali təhsil müəssisəsində təhsil almaq; hamiləlik, doğuş, uşağa qulluq və ya sağlamlığın pisləşməsi; maliyyə borcu və ya ali təhsil müəssisəsinin nizamnaməsi ilə nəzərdə tutulmuş digər hallar.

Bizimlə əlaqə saxlayın