24 
Mar
2023
13:36
216

Baş nazir: "İnsanlara işgəncə verən, öldürən, zorlayan hakimiyyətin insanlarla Avropaya inteqrasiyadan danışmağa mənəvi haqqı yoxdur"

"Bizim opponentlərimiz məzmununa, hərəkətlərinə və idarəçilik tərzinə görə anti-Avropa və antimilli qüvvədir – insanlara işgəncə verən, öldürən, zorlayan, biznesi terrora məruz qoyan hakimiyyətin insanlarla Avropaya inteqrasiya haqqında danışmağa mənəvi haqqı yoxdur".

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Ğaribaşvili parlamentin plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müxalifət ölkənin Avropa gələcəyi üçün heç nə etməyib.

“Bu insanlar ölkəmizin Avropa gələcəyi üçün heç nə etməyiblər. Bizim nailiyyətlərimizi sadaladım. Avropa perspektivi tarixi qərardır. Bundan əvvəl Avropa paytaxtlarında skeptisizm mövcud idi. Bəziləri coğrafiyadan danışırdı, çoxları tənqiddən danışır, rus işğalından bəhs edirdi.  Avropa perspektivi verməklə, Gürcüstanın harada dayandığı ilə bağlı fərziyyələr və spekulyasiyalar aradan qaldırıldı. Avropa yüksək səslə dedi ki, Gürcüstanın yeri Avropadadır və ölkə Avropa Birliyinə üzv olacaq. Bu yolda növbəti mərhələ simvolik, lakin vacib qərar olan namizəd statusudur. Hakimiyyət bu istiqamətdə hər şeyi edir. Qütbləşmə ilə bağlı olan yeganə öhdəliyi yerinə yetirmək qalır - bu, iqtidar, hökumət, parlament və müxalifətin birlikdə yerinə yetirməli olduğu şeydir", - Baş nazir bəyan edib. 

Baş nazirin sözlərinə görə, Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməməsi ədalətsiz qərar idi.

"Namizəd statusunun verilməməsi ədalətsiz qərar idi, çünki onların yanaşması ləyaqətə əsaslanan qərardırsa, şübhəsiz ki, Gürcüstan birinci növbədə namizəd statusuna layiq idi. Biz heç kimə yalvarmırıq, amma məlumatlar açıqdır və hamı çox gözəl bilir ki, Gürcüstan istər islahatlar, istər nailiyyətlər, istər şəffaflıq, istər qanunvericilik və s.-də Ukrayna və Moldovanı bütün sahələrdə 2-3 dəfə qabaqlayır. Ölkə daxilində fəaliyyət göstərən dağıdıcı, ekstremist qüvvələrin daxili beşinci kolonunu  və onlara müttəfiq olan xarici qüvvələrin nəzərə alsaq, vəzifə hakimiyyəti dəyişmək və inqilab təşkil etmək idi”, - Baş nazir bildirib.

Bizimlə əlaqə saxlayın