05 
Apr
2023
10:44
221

AŞPA həmməruzəçiləri: "Gürcüstan yol ayrıcındadır, biz bütün siyasi qüvvələri ifrat düşmənçiliyə və qütbləşməyə qalib gəlməyə çağırırıq"

Avropa Şurası Parlament Assambleyasının həmməruzəçiləri Gürcüstanla bağlı birgə bəyanatla çıxış edərək bildiriblər ki, Gürcüstan və gürcü xalqı Avropa institusional çərçivəsinə tam inteqrasiyaya layiqdir. 

InterPress.ge xəbər verir ki, həmməruzəçilər keçmiş baş nazir Zurab Jvaniyanın “mən gürcüyəm və buna görə də avropalıyam” sözlərini xatırlayır və Gürcüstanın Avropa ölkəsi, gürcülərin avropalı olduğunu qeyd edirlər.

“Avropa Şurası Parlament Assambleyasının həmməruzəçiləri kimi biz həmişə Gürcüstanın Avropa institusional çərçivəsinə tam inteqrasiyasını tam dəstəkləmiş və yorulmadan çalışmışıq, Gürcüstan və gürcü xalqı buna layiqdir”, - həmməruzəçilər qeyd edibər.

Onların sözlərinə görə, ölkə Avropa Şurasına üzv olduqdan sonra demokratik və qanun aliliyi institutlarının fəaliyyətinin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində bir çox islahatlar həyata keçirilib və yaxşı irəliləyişlər əldə olunub. Eyni zamanda, bəyanat müəllifləri Gürcüstanın Avrointeqrasiya perspektivi üçün belə mühüm məqamda islahat prosesinin ləngiməsi/dayandırılmasından narahat olduqlarını bildiriblər:

"Gürcüstan yol ayrıcındadır. Biz Gürcüstan hakimiyyətini və bütün siyasi qüvvələri ifrat düşmənçiliyə və qütbləşməyə qalib gəlməyə, dar partiya maraqlarını bir kənara qoymağa və Avropa Komissiyasının müəyyən etdiyi islahatları maraqlı tərəflərlə birlikdə işləməyə çağırırıq ki, ölkə Avropa Birliyinə namizəd statusu ala bilsin”, - deyə bildirilib.

Qeyd edilib ki, 12 prioritet istiqamət ölkə üçün yeni deyil və onlar Assambleyanın Gürcüstanla bağlı son qətnaməsində qeyd olunan islahatlar prioritetləri ilə üst-üstə düşür.

Assambleyanın bu qətnamədə qeyd etdiyinə görə, siyasi mühitdə ifrat qütbləşmənin aradan qaldırılması əsas prioritetdir. Bəyanatda deyilir ki, bu qütbləşmənin aradan qaldırılması bütün siyasi qüvvələrin, çoxluğun və müxalifətin bərabər siyasi iradəsindən, davranış və münasibətini dəyişməkdən asılıdır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər