Bu uşaqlar hər ay 200 lari alacaqlar
İyulun 1-dən sosial aztəminatlı uşaqlara aylıq yardım olaraq 200 lari veriləcək. Səhiyyə nazirinin müavini Tamar Barkalaya bildirib ki, təqribən 230 mindən çox uşaq artan yardım alacaq.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Səhiyyə Nazirliyi yayır.
Nazir müavini Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun dəstəyi ilə Milli Statistika Xidməti tərəfindən uşaqların rifahı ilə bağlı aparılan araşdırmanı qiymətləndirərək qeyd edib ki, son illər həyata keçirilən dəyişikliklər uşaqların rifahının artırılması, ailələrin möhkəmlənməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlib.
Onun sözlərinə görə, hökumətin aradan qaldırılması üçün fəal şəkildə çalışdığı problemlər qalmaqdadır.
“2022-ci ildə sosial cəhətdən həssas uşaqlara verilən pul yardımı 50 lari artaraq 150 lari təşkil edib. 2023-cü il iyulun 1-dən sosial cəhətdən həssas uşaqlara aylıq yardım olaraq 200 lari veriləcək. Proqramın büdcəsi 500 milyon laridir. 230 000-dən çox uşaq artan yardım alacaq. Sağlamlıq imkanları məhdud uşaqların və ağır əlilliyi olan şəxslərin sosial müavinətləri də artıb. 2023-cü ildən ağır sağlamlıq imkanları məhdud şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial paket 65 lari artırılaraq 340 lari müəyyən edilib.
Uşaqların rifahı dövlətin prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə mühüm dəyişikliklər edilib. İctimaiyyətə məlumdur ki, 2012-ci ildən əvvəl oxşar sosial problem yox idi, bu gün biz əhəmiyyətli irəliləyiş əldə etmişik”, - deyə Tamar Barkalaya bildirib.


