İrakli Kobaxidze: "Radikal müxalifət ölkəmizdə iğtişaşlar yaratmaq istəyir"
Radikal müxalifətin Gürcüstan namizəd statusu almadığı təqdirdə iğtişaşlara başlamaq planı var, bu planlar tam fiaskoya məhkumdur - biz radikallara bu ölkəni qarışdırmağa imkan verməyəcəyik.
InterPress.ge xəbər verir ki, bu barədə "Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze brifinqdə deyib.
Kobaxidzenin qeyd etdiyinə görə, radikal müxalifət namizədin statusuna qarşı fəal kampaniya aparır.
“Onlar planları olduğunu gozlədə bilmirlər. Əgər Gürcüstan bu ilin dekabrında namizəd statusunu almasa, bu faktdan istifadə edərək ölkəmizdə iğtişaşlar yaratmaq istəyirlər. Bu onların planıdır Ona görə də namizəd statusunun əleyhinə təbliğat aparırlar. Lakin bütün hallarda onların planları iflasa məhkumdur. Biz, şübhəsiz ki, heç kimə ölkəni qarışdırmaq imkanı verməyəcəyik. Dekabrı gözləyək. Ümid edirik ki, ötən ildən fərqli olaraq ədalətli, müsbət qərar veriləcək. Bu və ya digər şəkildə, istənilən halda müxalifətin planları tam fiaskoya məhkumdur”, - Kobaxidze bildirib.
Proseslərin küçəyə daşınması və mitinqlərin başlanması ehtimalına gəlincə, Kobaxidzenin dediyinə görə, müxalifət mütləq buna çalışacaq.


