09 
May
2023
13:18
294

İrakli Ğaribaşvili: "Veteranlarımızı faşizmin məğlubiyyəti və qələbəmiz günü münasibətilə təbrik etmək istəyirəm"

"İkinci Dünya Müharibəsində 700.000 gürcü iştirak edib. Onların yarıdan çoxu şəri məğlub etmək və faşizm üzərində qələbə ideyası uğrunda qəhrəmancasına fədakarlıq göstərib".

InterPress.ge xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili İkinci Dünya Müharibəsində həlak olanların xatirəsini ehtiramla yad etdiyi “Veteranlar Mədəniyyət və İstirahət Parkı”nda deyib.

Hökumət başçısı müharibə veteranlarını faşizm üzərində Qələbə günü münasibətilə təbrik edib.

“Mən bu gün qəhrəman veteranlarımızı təbrik etmək istəyirəm. Veteranlarımızı bu böyük şərə, faşizmə qalib gəldiyimiz gün və qələbəmiz münasibətilə təbrik etmək istəyirəm. Qeyd etmək istərdim ki, bu böyük vətən müharibəsində qələbədə ölkəmizin, gürcülərimizin, xalqımızın rolu, şübhəsiz ki, əvəzsizdir. Siz qeyd etdiniz ki, bu müharibədə 700 min gürcü iştirak edib. Şərin məğlubiyyəti, faşizm üzərində qələbə adlandırılan bu ideya uğrunda onların yarıdan çoxu qəhrəmancasına fədakarlıq göstərib. Buna görə də mən bir daha qəhrəman gürcülərimizin xatirəsi qarşısında baş əyirəm və hər şeyə görə hökumətimiz adından qəhrəman veteranlarımıza bir daha təşəkkür etmək istəyirəm”, - deyə İrakli Ğaribaşvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər