11 
May
2023
09:54
634

“WhatsApp” hər kəsə lazım olan 3 yeni funksiya təqdim etdi

“WhatsApp” mesenceri növbəti yeniləmə ilə istifadəçiləri sevindirib. Belə ki, mesencerə bir neçə faydalı funksiya əlavə edilib.

InterPress.ge xəbər verir ki, hazırda bu yeniliklər “iOS” smartfonlarının sahibləri üçün əlçatandır.

Yenilənmələr ilk növbədə sorğu sisteminə aiddir. Artıq sorğunu elə konfiqurasiya etmək olar ki, istifadəçi yalnız bir cavab seçə bilsin. Hər yeni səsdən sonra cihaza bildiriş göndəriləcək.

Dəyişikliklər, həmçinin söhbətlərdə şəkil və videoların ön izləmələrinə də təsir edib. Yeni interfeys sayəsində istifadəçi yükləmənin nə vaxt başladığını və nə vaxt bitdiyini görə bilər. Əvvəllər yükləmə göstəricisi görünmürdü.

Bundan əlavə, iOS-da “WhatsApp” istifadəçiləri fotoşəkillərdən öz stikerlərini hazırlamaq imkanı əldə ediblər.

Bizimlə əlaqə saxlayın