Ğaribaşvili: "On il əvvəl ölkə tamam başqa istiqamətə doğru gedirdi"
“Əziz dostum, ölkəmi Avropa İttifaqına və NATO-ya daha da yaxınlaşdırmaq üçün əlimdən gələni etmək mənim maraqlarımdır”.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Qətərdə illik iqtisadi forum çərçivəsində keçirilən panel müzakirəsində bildirib.
Hökumət başçısının qeyd etdiyinə görə, Gürcüstanda bu istiqamətdə hər hansı nəzərəçarpacaq nəticə varsa, bu, mövcud hakimiyyətin və siyasi gücün əməyidir.
“Bir daha sizə xatırlatmaq istəyirəm ki, əgər Gürcüstanda kimsə nəzərəçarpacaq nəticə görübsə, bu, hökumətimizin, təmsil etdiyimiz siyasi qüvvə sayəsindədir. Son on ildə biz hər şeyi etdik, assosiasiya sazişi, azad ticarət sazişi, vizasız gediş-gəliş, on il əvvəl ölkə tamam başqa istiqamətə gedirdi. Ölkənin xarici siyasət istiqamətini - Avropa İttifaqı və NATO-nu konstitusiyaya yazmaq bizim qərarımız idi”, - deyə baş nazir bildirib.