29 
May
2023
12:25
621

Gürcüstanda yoxsulluq səviyyəsi azalıb

2022-ci ildə Gürcüstanda mütləq yoxsulluq həddindən aşağı əhalinin xüsusi payı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz bənd azalaraq 15,6 faiz təşkil edib.

InterPress.ge xəbə verir ki, bu barədə “Sakstat”ın yaydığı məlumatda deyilir.

2022-ci ildə şəhər yaşayış məntəqələrində mütləq yoxsulluğun səviyyəsi 2,7 faiz bənd azalaraq 12,3 faiz, kənd yaşayış məntəqələrində isə 0,7 faiz bənd azalaraq 20,6 faiz təşkil edib.

“2022-ci ildə əhalinin bütün yaş qruplarında yoxsulluğun mütləq səviyyəsi əvvəlki illə müqayisədə azalıb. O cümlədən, 18 yaşadək yaş qrupunda bu göstərici 20,4 faiz (-2,3 faiz bəndi), 18-64 yaş qrupunda 15,3 faiz (-2,0 faiz bəndi), 65 və yuxarı yaş qrupunda isə 10,5 faiz (-1,4 faiz bəndi) təşkil edib. Qadınlarda mütləq yoxsulluq səviyyəsi 1,8 faiz bəndi azalaraq 15,3 faiz, kişilərdə isə 2,1 faiz bəndi azalaraq 15,8 faiz təşkil edib.

2022-ci ildə əvvəlki illə müqayisədə Cini əmsalının məcmu gəlirlərə görə dəyəri 0,37-dən 0,36-ya enib, ümumi istehlak xərclərinə görə isə dəyişməyib və 0,34 təşkil edir”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın