30 
May
2023
11:17
1026

3,5 milyon lari dəyərində torpaq sahəsini dələduzluq yolu ilə əldə edən 1 nəfər tutulub

Özgənin 3,5 milyon lari dəyərində əmlakını dələduzluq yolu ilə ələ keçirmə faktı üzrə 1 nəfər tutulub.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətindən məlumat verilib.

Həyata keçirilmiş istintaq tədbirləri nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq yolu ilə başqasının əmlakını ələ keçirmə, dələduzluq yolu ilə əmlakı ələ keçirməyə cəhd, saxta rəsmi sənəd hazırlamaq və ondan istifadə etmək, mülkiyyət hüququnu təsdiq edən saxta sənəd hazırlamaq faktına görə bir nəfər saxlanılıb.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs qanunsuz maddi gəlir əldə etmək məqsədi ilə saxta xarici dilli etibarnamələrdən və saxta alqı-satqı müqavilələrindən istifadə edərək, Siğnaği rayonunda yerləşən şirkətlərdən birinə məxsus ümumi bazar dəyəri təqribən 3.500.000 lari olan 350 hektar torpaq sahəsini qanunsuz olaraq ələ keçirib. Bundan əlavə, təqsirləndirilən şəxs həmin şirkətə məxsus Siğnaği rayonunda yerləşən, ümumi bazar dəyəri təqribən 1.000.000 lari olan 100 hektar torpaq sahəsini mənimsəməyə çalışıb, lakin torpaq sahəsinə həbs qoyulduğu üçün onu ələ keçirə bilməyib.

İş üzrə istintaq başlanan kimi təqsirləndirilən şəxslərin və onunla cinayət əlaqəsi ola biləcək şəxslərin dələduzluq yolu ilə əldə etdikləri torpaq sahələrinə  həbs qoyulub.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 180, (19) 180, 210 və 362-ci maddələri ilə aparılır, cinayət 6 ildən 9 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Sözügedən cinayətdə iştirak edən digər şəxslərin müəyyən edilərək ifşa olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilir”, - İstintaq Xidmətinin yaydığı məlumatda bildirilib.

Bizimlə əlaqə saxlayın