06 
Iyl
2026
23:40
26

Seneqalda hamilə deputata hücum edən iki müxalifət deputatı 6 ay həbs cəzası aldı

Seneqalda hamilə deputat Ami Ndiayeyə hücum edərək onun qarnına təpik vuran iki müxalifət deputatı 6 ay azadlıqdan məhrum edilib.

InterPress.ge xəbər verir ki, məhkəmə deputatlar Mamadou Nianq və Masata Samb barədə hökm çıxararaq, onları Ami Ndiayeyə kompensasiya olaraq 5 milyon CFA frankı (təxminən 8 100 ABŞ dolları) ödəməyə də məhkum edib.

Məlumata görə, insident Ami Ndiayenin müxalifətə yaxın olan dini xadimi tənqid etməsindən sonra baş verib.

Sosial şəbəkələrdə yayılan videoda Masata Sambın Ami Ndiayeyə yaxınlaşaraq onun üzünə zərbə endirdiyi görünür. Bundan sonra Ndiaye ona stul ataraq cavab verir. Həmin vaxt digər deputat Mamadou Nianq isə qadının qarnına təpik vurur.

Hücumdan sonra Ami Ndiaye huşunu itirib. Bildirilir ki, hadisə nəticəsində körpənin itirilməsi riski yaranıb.

Ndiaye sonradan xəstəxanadan buraxılsa da, onun vəkilinin AFP agentliyinə verdiyi məlumata görə, deputatın vəziyyəti hələ də ağır olaraq qalır.

Videogörüntülərə baxmayaraq, Nianq və Sambın vəkilləri məhkəmədə müvəkkillərinin Ami Ndiayeyə fiziki zorakılıq göstərmədiyini iddia ediblər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər