Üç nəfəri soyuq silahla yaralayan şəxs saxlanılıb
Senaki bələdiyyəsinin kəndlərindən birində mübahisə zəminində soyuq silahdan istifadə edərək üç nəfərə müxtəlif xəsarətlər yetirən və hadisə yerindən qaçan şəxs Tbilisidə saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin Sameqrelo-Zemo Svaneti Polis Departamentinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməyə cəhd və sağlamlığa qəsdən yüngül zərər vurma ittihamları üzrə axtarışda olan, əvvəllər də məhkum edilmiş şəxs saxlanılıb.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari ilin oktyabr ayında Senaki bələdiyyəsinin kəndlərindən birində mübahisə zəminində soyuq silahdan istifadə edərək üç nəfərə müxtəlif xəsarətlər yetirib və hadisə yerindən qaçıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsin kimliyini hadisədən dərhal sonra müəyyən edərək onu axtarışa veriblər. Keçirilən istintaq tədbirləri nəticəsində axtarışda olan şəxs Tbilisidə saxlanılıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci və 120-ci maddələri ilə istintaq aparılır. Həmin maddələr 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


