Anasını bıçaqlayan şəxs saxlanılıb
Kaxeti regionunun Telavi şəhərində ailə üzvünü ağırlaşdırıcı hallarda qəsdən öldürməyə cəhddə şübhəli bilinən bir nəfər saxlanılıb. Mübahisə zəminində anasını soyuq silahla yaralayan şəxs hadisə yerindən qaçıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, yaralı qadın tibbi yardım göstərilməsi üçün klinikaya yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat və istintaq tədbirləri nəticəsində şübhəli şəxs hadisədən dərhal sonra Telavidə saxlanılıb. Cinayətdə istifadə edilən silah maddi sübut kimi götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 11 prima-19-109-cu maddəsi ilə istintaq aparılır. Həmin maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


