Merab Dvalişvili RAF turnirində braziliyalı Marlon Moraesi məğlub edib
Merab Dvalişvili Əbu-Dabidə keçirilən Real American Freestyle (RAF) turnirində braziliyalı Marlon Moraesi məğlub edib.
InterPress.ge xəbər verir ki, qarşılaşma sərbəst güləş qaydaları ilə keçirilib. Dvalişvili üçün bu, RAF turnirində dördüncü çıxışı və üçüncü qələbəsi olub.
Gürcü idmançı Moraeslə ikinci dəfə üz-üzə gəlib. Onların ilk qarşılaşması 2021-ci ilin sentyabrında UFC 266 turnirində baş tutub. Həmin döyüşdə Dvalişvili braziliyalı idmançını ikinci raundda texniki nokautla məğlub edib.
Qeyd edək ki, Merab Dvalişvili Əbu-Dabidə baş verən insidentə baxmayaraq turnirdə iştirak edib. Noyabrın 11-də onun və dostu Saba Lazişvilinin oteldə Usman Nurməhəmmədov və onun ətrafındakı şəxslərin hücumuna məruz qaldığı bildirilir. Hadisədən sonra gürcü idmançılar saxlanılıb, lakin noyabrın 13-də sərbəst buraxılıblar.
Dvalişvili RAF turniri çərçivəsində bundan əvvəl Frenki Edqar və Henri Sehudo üzərində də qələbə qazanıb.


