01 
Iyn
2023
10:59
611

Qızıl-zinət əşyalarını bədəninə yapışdıraraq ölkəyə keçirməyə çalışan şəxs saxlanıldı

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları ilə razılaşdıraraq Gürcüstanın gömrük sərhədinə gömrük qaydalarını pozaraq xüsusilə külli miqdarda malların keçirilməsi faktını aşkar edib və bir nəfəri saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə İstintaq Xidməti məlumat yayıb.

“Təqsirləndirilən şəxs gömrük nəzarətindən gizli olaraq, paltarının altında, bədəninə yapışdırılmış halda, gömrük dəyəri 43 676 lari təşkil edən 400 qram qızıl-zinət əşyalarını Gürcüstanın gömrük sərhədinə gətirib. Bu cinayətə görə Gürcüstan Cinayət Məcəlləsinin 214-cü maddəsinin 2-ci hissəsinə əsasən 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Qanunvericilikdə nəzərdə tutulmuş müvafiq prosedurlardan keçdikdən sonra müsadirə olunan qızıl məmulatlar dövlətin xeyrinə pulsuz olaraq veriləcək”, - deyə qurumdan bildirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər