01 
Iyn
2023
16:02
431

Gürcüstanda internetdən istifadə edənlərin sayı 4 milyonu ötüb

Rabitə Komissiyasının hesabatına əsasən, 2022-ci ildə mobil internet istifadəçilərinin sayı 4,1 milyon nəfər təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 350 min abunəçi çoxdur.

InterPress.ge xəbər verir ki, bu, Rabitə Komissiyasının yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, 2022-ci ildə “Silknet” – 1,48 milyon, “Magticom” – 1,45, “Beeline” isə 1,17 milyon istifadəçiyə sahib olub.

Gürcüstan əhalisi arasında mobil internet istifadəçilərinin sayı hər il əhəmiyyətli dərəcədə artır və ötən ilin məlumatına görə, bu, 119% təşkil edir. 2018-ci ildən 2022-ci ilə qədər istifadəçilərin sayında illik artım 8,6% təşkil edib.

2022-ci ildə mobil internet istifadəsi yenidən artıb və abunəçilər 431 petabayt mobil internet istehlak ediblər. Bu vəziyyət mobil internet istifadəçilərinin və bazarda yeni nəsil telefonların sayının artması, həmçinin 4G şəbəkəsinin əhatə dairəsinin genişlənməsi və internetə qoşulma tələbinin artması ilə əlaqədardır.

2022-ci ildə mobil internetdən ümumi istifadənin 94%-i 4G texnologiyasında ibarət olub ki, bu da əvvəlki illə müqayisədə 3% çoxdur. 4G-nin inkişafı ilə yanaşı, 2G və 3G texnologiyalarının istehlak etdiyi internet payı da azalır.

4G texnologiyasının payına görə şirkətlərin göstəriciləri belədir: 94,6% - "Magticom", 94,3% - Beeline, 93,6% - "Silknet".

Bizimlə əlaqə saxlayın