02 
Iyn
2023
09:49
572

Aparıcı və mentor müəllim statusunun artırılması üzrə bacarıqların yoxlanılması üçün qeydiyyat 2024-cü ilin əvvəlinə qədər təxirə salınıb

Gürcüstanın təhsil və elm naziri Giorgi Amilaxvarinin qərarına əsasən, aparıcı və mentor müəllim statusunun artırılması üzrə bacarıqların yoxlanılması üçün qeydiyyat 2024-cü ilin əvvəlinə qədər təxirə salınıb.

 InterPress.ge xəbər verir ki, məlumatı Təhsil və Elm Nazirliyi yayıb.

Nazirin qeyd etdiyinə görə, qərardan asılı olmayaraq, bu proses elan olunmuş müddətləri gecikdirməyəcək və 2024-2025-ci tədris ili başlamazdan əvvəl onlara statuslarını yüksəltmək imkanı veriləcək.

“Gürcüstanın təhsil və elm naziri vəzifəsinə təyin olunduqdan sonra müəllimlərin rəy, arzu və tövsiyələrini nəzərə almaq məqsədilə onlarla bir sıra görüşlər keçirdim. Çox maraqlı fikirlər eşitdim və bütün istiqamətlərdə iş gedir. Bizim əsas vəzifəmiz təhsilin keyfiyyətini yüksəltməkdir ki, bu da ilk növbədə müəllim peşəsinin tanınması və qiymətləndirilməsindən, onlar üçün münasib iş şəraitinin yaradılmasından başlamalıdır. Hazırkı mərhələdə müəllimlər portfelin qiymətləndirilməsi mərhələsindən keçirlər ki, bu da bizə əlavə olaraq ehtiyacları düzgün təhlil etməyə imkan verəcək.

Bu müddətdən sistemdə ilk dəfə işləyən bir prosesi müşahidə etmək üçün istifadə etmək istəyirik. Təhlil edərək düzgün nəticə çıxaraq ki, qərarlarımız qısamüddətli problemlərin həllinə deyil, uzunmüddətli sistemli baxışa əsaslansın.

Təbii ki, müəllimin peşəkar inkişafı onun gündəlik fəaliyyətinin bir prosesidir. Müvafiq olaraq, bizim üçün vacibdir ki, müəllimlər daim öz peşəkar inkişafı üçün sistemin bütün hissələrindən tam dəstək alsınlar və həmçinin hər il öz maraqlarına uyğun olaraq karyera yüksəlişi həyata keçirmək üçün çoxşaxəli imkana malik olsunlar”, - Giorgi Amilaxvari bildirib.

Bizimlə əlaqə saxlayın