05 
Iyn
2023
14:09
262

2022-ci ildə yol-nəqliyyat hadisələri nəticəsində ölən və yaralananların sayında azalma tendensiyası müşahidə olunub

2022-ci ildə 2021-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin və bunun nəticəsində ölən və yaralananların sayında azalma tendensiyası müşahidə olunub.

InterPress.ge xəbər verir ki, bu barədə hökumətin artıq parlamentə təqdim olunmuş illik hesabatında deyilir.

Sənəddə qeyd olunur ki, 2021-ci illə müqayisədə 2022-ci ildə yol-nəqliyyat hadisələrinin sayı 7 faiz, ölənlərin sayı 4 faiz, xəsarət alanların sayı isə 2 faiz azalıb.

Hökumətdən verilən məlumata görə, hesabat dövründə cinayətlərin qarşısının alınması, ictimai və yol təhlükəsizliyinin səviyyəsinin yüksəldilməsi məqsədilə 1309 videokamera quraşdırılıb: 969-u ümumi görmə, 340-ı isə dövlət nömrə nişanının tanınması üçün nəzərdə tutulub.

“Bu gün ölkə üzrə ümumilikdə 6765 videokamera quraşdırılıb: 4572-si ümumi görmə, 2193-ü isə nömrələrin tanınması üçün”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın