
Amiran Qamkrelidzedən koronavirus vaksini ilə bağlı ŞAD XƏBƏR
"Koronavirusa qarşı hazərlanan vaksinin Gürcüstana gətirilməsi üçün 2 şirkətlə danışıqlar aparılır".
InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə nəzarət milli mərkəzinin rəhbəri Amiran Qamğrelidze deyib.
Onun bildirdiyinə görə, Britaniyanın Oksford qrupunun hazırladığı vaksin perspektivlidir.
"Bu və digər vaksinlərin haqqında məlumatımız var. Ən perspektivli vaksin isə Britaniyanın Oksford qrupu tərəfindən hazırlanmış vaksin hesab olunur. Bu vaksin 3-cü fazanın mərkəzinin mərhələsini keçib. Bir böyük mərhələ qalıb. 10 - 15 min nəfərdə tədqiqatlar aparılmalıdır. Əgər vaksinin təhlükəsizliyi təsdiq olunarsa o zaman vaksin əl çatan ola bilər. Gürcüstana gəldikdə isə biz bu şirkətlə danışıqlar aparırıq. Eyni zamanda böyük beynəlxalq təşkilat Qavi Alyansı ilə əməkdaşlıq edirik. Vaksinin qlobal alyansının Bil Qeyts fondu maliyyələşdirir. Biz Qavi ilə əməkdaşlığımız nəticəsində Gürcüstanda bir neçə vaksin hazırlamışıq. Hal hazırda isə Astara Zenake və Qavi şirkəti ilə işləyirik", - deyə Qamğrelidze qeyd etdi.