22 
Iyl
2020
00:28
3139

Bu qızı tapmaqda kömək edin

İki gün əvvəl öz avtomobili ilə evini tərk edən və ondan sonra geri qayıtmayan 23 yaşlı Tamar Baçaliaşvilini axtarılır.

InterPress.ge xəbər verir ki, Baçalişvilinin axtarış prosesinə Daxili İşlər Nazirliyinin əməkdaşlarıda qoşulub.

Gənc qızın anasının verdiyi məlumata görə, ailə üzvləri onu şənbə günü (altıncı günü) saat 9 radələrində görüblər. Anası onu yatdığı halda qoyub getdiyini və günorta saat 2-də zəng etdiyini, amma telefonunun artıq söndürüldüyünü bildirib. Evə gedərkən ailə üzvləri gənc qadının maşınını da yerində tapmayıblar və günün sonunda polisə müraciət ediblər.

DİN-dən verilən məlumata görə, iş qanunsuz azadlıqdan məhrum edilməsini nəzərdə tutan 163-cü maddə ilə araşdırılır.

Məlumat üçün bildirək ki, 23 yaşlı qızın axtarışı bir neçə gündür davam edir. Ailənin dediyinə görə, Tamar Baçaliaşvili evdən maşınla çıxıb. Qız Tetritskaro bələdiyyəsinin Xaişi kəndi yaxınlığında avtomobillə qeydə alınıb. Gənc qızın həmin əraziyə nəyə görə getdiyi məlum olmadığı bildirilir.

Bizimlə əlaqə saxlayın