10 
Iyn
2023
11:20
758

Gürcüstana qarpız idxalı rekord həddədir

Bu il qarpız idxalı ötənilki rekordu təkrarlayır.

InterPress.ge xəbər verir ki, East-fruit-in yazdığına görə, hazırda Gürcüstan bazarında tam xaricdən gətirilən məhsullar satılır, çünki yerli məhsul iyulda olacaq.

Mayın göstəricisinə gəlincə, idxal 2022-ci ildə olduğu kimi rekord olub. Bu ilin aprel və may aylarında Gürcüstanda qarpız idxalının göstəricisi 2800 ton təşkil edib.

Bu il əsas tədarükçülər (77%) İran və Türkiyə (23%) olub. Sonuncu inflyasiya və artan xərclər səbəbindən qarpızın ixrac qiyməti 10% artırıb

Yerli fermerlər xərclərin artdığını və bunun qiymətlərə təsir edəcəyini bildiriblər.

Lakin bütün bunları nəzərə alsaq, builki məhsul yaxşı olacaq. Ötən il onun qiyməti 0,50 lari olduğu halda, bu il 1 kiloqram qarpızın 0,70-0,80 lari olacağı gözlənilir.

Məlumat üçün bildirək ki, İran bu yaxınlarda qarpızın ixracına qadağa qoyub. Bütün bunlar gürcü fermerlər üçün faydalı ola bilər, baxmayaraq ki, İran qarpızlarının qadağan edilməsi ilə paralel olaraq Türkiyə qarpızlarının da bazara çıxması mümkündür.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər