“Yollarda avtomobillərdən çıxan zərərli qazlara nəzarət yəqin ki, sentyabr ayından başlayacaq”.
“Yollarda avtomobillərdən çıxan zərərli qazlara nəzarət yəqin ki, sentyabr ayından başlayacaq”.
InterPress.ge xəbər verir ki, bunu “Avtomobil Müfəttişliyi Orqanları Assosiasiyasının” sədri Vaja İordanişvili “Mtavari” media mərkəzində keçirilən brifinqdə deyib.
O, avtonəqliyyat vasitələrinə texniki baxışın nəticələrindən danışıb və qeyd edib ki, bu istiqamətdə həyata keçirilən dəyişikliklər nəticəsində ötən ay müraciət 20 faiz artıb. Onun sözlərinə görə, ölkədə qeydiyyatda olan 1 milyon 600 min nəqliyyat vasitəsi var və onlardan 800 mini texniki baxışdan keçirdi. Texniki baxış zamanı qüsurların nisbəti təxminən 200 mindən çoxdur.
“Bu ildən, yəqin ki, sentyabr ayından avtomobillərin tullantılarına nəzarət başlayacaq. Bu mexanizmin həyata keçirilməsi ekoloji nəzarət xidmətinə tapşırılacaq ki, bu da islahatların irəliləməsinə daha da töhfə verəcək”, - İordanişvili qeyd edib.
Xatırladaq ki, yollarda avtomobillərdən atmosferə atılan tullantılara xüsusi qurğularla nəzarət edilməsi nəzərdə tutulur. Milli Məclisdə müvafiq qanun layihəsi irəli sürülüb və qanunverici orqan onu birinci oxunuşda dəstəkləyib.


