Qardabani bütün bağlana bilərmi? - Tenqiz Çerçvadze açıqlama verdi
"Hazırki vəziyyətdə Qardaban bələdiyyəsinin bağlanmağına heç bir əsas yoxdur".
InterPress.ge xəbər verir ki, bu barədə Yoluxucu patoloji və Qiçs mərkəzinin rəhbəri Tenqiz Çerçvadze bildirib.
O, jurnalistlərə verdiyi açıqlamasında qeyd edir ki, əgər sabah birisi gün yoluxma sayı artarsa bu zaman Qardaban bağlanacaq.
"Əlbətdə bir risk var, amma Amiran Gamkrelidze və Giorgi Qaxaria başda olmaqla hökumətimiz tərəfindən edilən epidemioloji xidmətimiz artıq beş aydır riskləri adekvat qiymətləndirir. Qardabani çoxluğuna gəlincə, buna məhəl qoymasaq, həqiqətən oradan yayıla bilər. Digər tərəfdən, Qardabanini Marneuli, Bolnisi, Lentexi kimi bağlanmağına ehdiyac yoxdur. Hökumət və Xəstəliklərə Nəzarət Mərkəzinin əli ürəklərindədir", - dedi Çerçvadze .