
Qiorqi Qaxaria: "Son günlərdə ölkədə koronavirusun yoluxma halının artıdığı müşahidə edilir"
"Təəssüflər olsun ki, ölkədə son günlərdə ölkədə koronavirusun yoluxma halının artıdığı müşahidə edilir. Vəziyyətə nəzarət edirik lakin, diqqətli olmalıyıq".
InterPress.ge xəbər verir ki, bu haqda ölkənin baş naziri Qiorqi Qaxaria bu gün hökumət iclasında qeyd edib.
Qiorqi Qaxarianın bildirdiyinə görə, Gürcüstan hökuməti vəziyyətə tam nəzarət edir lakin, diqqət etmək lazımdır.
“Bu gün epidemioloji vəziyyətlə əlaqəli danışmaq lazımdır. Dünən 24 ,bu gün isə 12 koronavirusun yeni yoluxması qeydə alınıb. Son günlərdə ölkədə koronavirusun yoluxma halının artıdığı müşahidə edilir. Baxmayaraq ki, vəziyyəti və virusu idarə edə bilirik yenə də diqqət etmək lazımdır. Xüsusi diqqət Qardabani bələdiyyəsinə yetirilir çünki ora əsas yoluxma mənbəyi hazırki vaxtda oradan başlayır. Qardabani bələdiyyəsinin diqqət mərkəzində olan 3 kəndin əhalisinin çoxu Tbilisi bazarlarında və yarmarkalarda işləyir buna görə də bazarlarda nəzarət ciddi şəkildə gücləndirilir. Bazarlarda termoskrininq və test prosesləri həyata keçiriləcək. Kəndlərdə testləşdirmə fəallaşacaq”, - deyə Qiorqi Qaxaria qeyd edib.