14 
Iyl
2023
10:41
348

İstintaq Xidməti dövlətə məxsus külli miqdarda torpaq sahəsinin dələduzluq yolu ilə ələ keçirilməsi faktını aşkarlayıb

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində saxta rəsmi sənədlərin hazırlanması və istifadəsi yolu ilə külli miqdarda dövlət əmlakını mənimsəmək və vəzifədən sui-istifadə faktı üzrə biri keçmiş vəzifəli şəxs olmaqla 8 nəfər barəsində cinayət işi başlanıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı İstintaq Xidməti yayıb.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs 2020-2021-ci illərdə Mtsxeta-Mtianeti bölgəsində saxta sənədlərdən istifadə etməklə, yalançı şahidlərin köməyi ilə və bələdiyyə işçilərindən birinin xidməti vəzifələrini lazımınca yerinə yetirməməsi nəticəsində dələduzluq yolu ilə 6809 m2 sahəsi olan və ümumi dəyəri 713942 lari olan 3 torpaq sahəsini qeydiyyata alıblar.

“Araşdırma zamanı qanunsuz əldə edilmiş torpaq sahələri müsadirə edilib. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 362, 180 və 342-ci maddələri ilə aparılır ki, bu da cəza olaraq 6 ildən 9 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur”, - İstintaq Xidmətindən bildiriblər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər