08 
Sen
2026
13:06
28

Tengiz Şarmanaşvili: “İrakli Qaribaşvili özü özünə arxadan zərbə vurub”

Gürcüstan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini Tengiz Şarmanaşvili həbsdə olan sabiq Baş nazir İrakli Qaribaşvilinin növbəti məktubuna münasibət bildirib.

InterPress.ge xəbər verir ki, Şarmanaşvilinin sözlərinə görə, İrakli Qaribaşvili konkret cinayəti etiraf edib və hətta etiraf etməsə belə, evində aparılan axtarış zamanı qanuniliyini izah edə bilmədiyi əşyalar aşkar olunub.

“Biz ona necə arxadan zərbə vurmuşuq?! Evində 5 milyon dolları biz qoymuşuq? Dəyəri 100 min dollardan az olmayan saatları və qızıl külçələri biz düzmüşük, sonra da axtarış keçirib bütün bunları biz götürmüşük?! O, özü özünə arxadan zərbə vurub və bunu nə qədər tez anlayarsa, bir o qədər yaxşı olar.

Bu necə siyasi təqibdir?! O, konkret cinayəti etiraf edib. Hətta etiraf etməsəydi belə, axtarış zamanı evində elə əşyalar aşkar olunub ki, onların qanuniliyini əsaslandıra bilməyib. Evində belə əşyalar tapıldığı halda, biz ona necə arxadan zərbə vurmuş ola bilərik?! Bu, onun özünün özünə zərbə vurması deməkdir”, - deyə Tengiz Şarmanaşvili bildirib.

Bizimlə əlaqə saxlayın