26 
Iyl
2023
11:13
448

Terror cinayəti ilə bağlı iki Gürcüstan vətəndaşı saxlanılıb

Terrorla Mübarizə Mərkəzi tərəfindən həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində terror cinayəti ilə bağlı aparılan araşdırmalar çərçivəsində 2 Gürcüstan vətəndaşı saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Məlumata görə, Gürcüstanın iki rayonunda eyni vaxtda dörd məntəqədə xüsusi əməliyyat keçirilib.

“İstintaq-əməliyyat tədbirləri nəticəsində üzərində “İslam Dövləti” terror təşkilatının rəmzləri olan bayraqlar və müxtəlif növ elektron məlumat daşıyıcı qurğular götürülüb. Eyni zamanda, saxlanılanların yaşayış yerlərindən döyüş sursatı, partlayıcı qurğular və partlayıcı maddələr çıxarılıb", - deyə məlumatda qeyd olunub.

Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzi tərəfindən Cinayət Məcəlləsinin 327 və 236-cı maddələri ilə araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın