
Gürcüstanda koronavirusa son yoluxmaların haradan olduğu açıqlandı
"Koronavirusun 6 yeni təsdiqlənmiş halının mənbələri 4-ü xaricdən daxil edilmə, 1-i virusdaşıyıcısı ilə təmas olan, digər 1-i isə Qaçianidir".
InterPress.ge xəbər verir ki, bu barədə Yoluxucu xəstəliklər xəstəxanasının tibb direktoru Marina Ezuqbaia açıqlama verib.
"Koronavirusun 6 yeni təsdiqlənmiş yoluxma əlavə edildi və bununlada virus daşıyıcıları ölkə üzrə 1137 nəfəri təşkil etdi. Bununla yanaşı sağlamlıqlarına 2 nəfər qovuşaraq, sağalanların ümumi sayı 922 nəfərə çatdı. Hal hazırda Covid mərkəzlərdə 237 nəfər aktiv virus daşıyıcısı müalicə alır.
Xarici ölkələrdən Gürcüstana müalicə almaq məqsədilə gətirilən vətəndaşlar 41 nəfərdir. Vəziyyəti ağır olan 2 nəfərin durumu bu gün biraz yaxşılaşıb. Qalan xəstələrin vəziyyətləri orta və yüngüldür", - deyə Ezuqbaia bildirib.