14 
Avq
2023
16:07
826

Ən çox hansı sahələr üzrə vakansiyalar elan olunub?

İlin birinci yarısında jobs.ge-də vakansiyaların sayı 15% artıb.

InterPress.ge xəbər verir ki, bu barədə PMCG araşdırmasında qeyd olunub.

Xüsusilə, 2023-cü ildə, yanvar-iyun aylarında jobs.ge saytında 42 075 vakansiya dərc edilib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 15% artım deməkdir.

Araşdırmaya görə, 2023-cü ilin iyun ayında dərc olunan vakansiyaların sayı 2023-cü ilin mayında dərc olunan vakansiyaların sayından 1,1% azdır.

PMCG-nin məlumatına görə, hesabat dövründə ən çox - alqı-satqı kateqoriyası üzrə internet saytında 10 978 vakansiya elan edilib;  Onu 9919 vakansiya ilə administrasiya, idarəetmə kateqoriyası izləyir. 3-cü yerdə isə,  7799 vakansiya ilə Maliyyədir.

Siyahıya həmçinin daxildir:
Logistika, nəqliyyat, paylama - 6 259 vakansiya ;
İnformasiya texnologiyaları/proqramlaşdırma - 1663 vakansiya ;
Digər - 15 423 vakansiya.

 

 

Bizimlə əlaqə saxlayın