21 
Avq
2023
16:29
697

İranda məcburi hicab qanunu sərtləşdirilib

İranda hicabın məcburi taxılması ilə bağlı qanun sərtləşdirilib. Bu barədə İran Respublikası parlamentinin komissiyası qərar verib.

lnterpress.ge xəbər verir ki, bu barədə “Sienen” teleşirkəti məlumat yayıb.

Məlumata görə, qanun layihəsi 70 maddədən ibarətdir ki, hicab taxma qaydasının pozulması halında daha sərt maliyyə cəzası ilə yanaşı, daha uzun müddətə azadlıqdan məhrumetmə cəzası da nəzərdə tutulur.

Mövcud qanunvericiliyə görə, qadın hicab taxmaqdan imtina edərsə, onu on gündən iki aya qədər həbs və ya 50 mindən 500 min İran rialı (birdən on avroya) qədər cərimə gözləyir.

Yeni qanun layihəsinə görə, eyni cinayətə görə həbs müddəti 5 ildən 10 ilədək, cərimə isə 360 milyon İran rialı (7800 avro) təşkil edəcək.

Məlumat üçün bildirək ki, 2022-ci ildə İranda hicab taxma qaydalarını pozduğuna görə əxlaq polisi tərəfindən saxlanılan Məhsa Əminin ölümündən sonra İranda qanunların sərtləşdirilməsinə qərar verilib.

 

 

Bizimlə əlaqə saxlayın