28 
Iyl
2020
12:15
630

Amiran Gamkrelidze: "Pandemiya səbəbi ilə valideyn uşağa peyvənd edə bilmədi, ancaq digər epidemiyalar baş verməməsi üçün immunizasiya lazımdır"

"Xəstəliklərə nəzarət mərkəzi 10 ictimai sağlamlıq proqramına cavabdehdir, məsələn, immunizasiya, təhlükəsiz qan, hepatit C müayinəsi və s.."

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə nəzarət milli mərkəzinin direktoru Amiran Qamğrelidze deyib.

Qamğrelidzenin birinci kanalın “Şəxsi həkim” verlişində qeyd etdiyinə görə, 6 ayın məqsədinə çatmış deyilik.

Qamğrelidzenin açıqlamasına görə bütün resurslar koronavirusla mübarizə üçün yönləndirilmişdi. Lakin İyul ayından bütün proqramların eləcə də flaqmaniya hepatitin yenidən həyata keçirilməsinə start verilib.

“6 ayda daha 300 000 nəfərin skrininqi planlaşdırılmışdı lakin, 120-130 qalıb lakin buna baxmayaraq biz nəticə əldə edəcəyik”- dedi Qamğrelidze.

Onun sözlərinə görə, pandemiya ərəfəsində də uşaqların immunizasiyasına böyük diqqət ayrılırdı.

“Valideynlərə həmişə deyirdik. Lakin evqə qal dedikdə valideynlər uşaqlarını poliklinikaya peyvənd üçün apara bilmirdilər. Ancaq indi immunizasiya uşaqlar üçün vacibdir. Uşaqlara lazım olan bütün peyvəndlərin vurulması mütləqdir”, - dedi Amiran Qamğrelidze.

Bundan başqa Qamğrelidze qızılca peyvəndi məsələsinə diqqət çəkdi.

"Keçən il biz qızılca xəstəliyini aradan qaldırdıq, bu il cəmi 12 hal var, bu pis deyil. Keçən il bir neçə min hal qeydə alınmışı və biz 150 000 peyvənd vurduq. Bu il isə 6 ay ərzində 20 000 peyvənd vurulub. 50 min əlavə peyvənd vurmaq istəyirdik. Lakin təəssüflər olsun ki, əlimizdə olan bütün resursları pandemiya apardı”, - deyə Qamğrelidze bildirdi.

Bizimlə əlaqə saxlayın