25 
Avq
2023
13:52
436

Təbii fəlakət bölgəsindən cəsədi tapılan 31 nəfərdən 28-nin şəxsiyyəti müəyyən edilib

Şovidə təbii fəlakət bölgəsindən cəsədi tapılan 31 nəfərdən 28-nin şəxsiyyəti müəyyən edilib.

InterPress.ge xəbər verir ki, bu barədə Raça-Leçxum-Kvemo Svaneti dövlət komissarı Papuna Marqvelidze bildirib.

“Dünən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xilasedicilər tərəfindən 2 cəsəd çıxarılıb, şəxsiyyətlərinin müəyyən edilməsi üçün ekspertizaya göndərilib. Hazırda 31 vətəndaşın səsədi tapılıb, onlardan 28-nin şəxsiyyəti müəyyən edilib, ölən 3 vətəndaşın şəxsiyyətinin müəyyən edilməsi üçün cavab gözləyirik. Axtarış əməliyyatları həm təbii fəlakətin episentrində - Şovi kurortu ərazisində, həm Çançaxi və Rioni çaylarının yataqlarında, həm də Qumathes yaxınlığındakı ərazidə aparılır. Profilaktika məqsədi ilə Qlola ərazisində Çançaxi hövzəsinin qollarında çay yatağı təmizlənir, Qlola kəndinin su təchizatı sistemi bərpa edilib”, - deyə Papuna Marqvelidze bildirib.

Bizimlə əlaqə saxlayın