28 
Iyl
2020
15:36
1800

Qardabanidə son vəziyyət açıqlandı

“Qardabanidə COVID-19-a ilk yoluxma halı qeydə alınandan sonra 1 900 nəfər PCR testindən keçirilib və günün sonunda 250 testin cavabını gözləyirlər".

InterPress.ge xəbər verir ki, bu barədə Qardabani Bələdiyyəsinin meri Ramaz Budağaşvili deyib.

“Hər gün çıxıb PCR testini aparmaq üçün əhali ilə işləyirik. Bəzi insanlar koronavirusla bağlı test olunmaqdan imtina edirlər, buna görə də əhali arasında testlərin aparılması qapıdan-qapıya prinsipi üzrə həyata keçirilir. Epidemiologlar insanların gəlməsini və bioloji materialı təhvil vermələrini asanlaşdırmaq üçün məhəllələrə gedirlər. Bu gün Qarajalar kəndində iki qrup epidemioloq işləyir", - deyə mer qeyd edib.

Qeyd edə ki, Qaracalar kəndi 24 iyulda bağlandı və karantin rejimi hələ də qüvvədədir. Kənddə 31 yoluxma hadisəsi baş verib, Qardabani bələdiyyəsində cəmi 51 koronavirus təsdiqlənib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər