
Bu müəllimlər 10 000 lari pul mükafatı ilə təltif olunacaqlar
Gürcüstanın təhsil və elm naziri Giorgi Amilaxvarinin təşəbbüsü ilə Gürcüstanın yaxın tarixində ilk dəfə olaraq Milli Müəllimlər Günü təsis edilib.
InterPress.ge xəbər verir ki, bu barədə Hökumət Administrasiyası məlumat yayıb.
Məlumata görə, Milli Müəllimlər Günü hər il oktyabrın 27-də Gürcüstanda elmi pedaqogikanın banisi, publisist, uşaq yazıçısı və ictimai xadim İakob Qoqebaşvilinin doğum tarixində qeyd olunacaq.
Hər il cəmiyyətin və təhsil sisteminin inkişafında xüsusi xidmətlərinə görə əməkdar müəllimlərə xalq müəllimi mükafatı, xüsusi hazırlanmış döş nişanı və 10 000 lari məbləğində pul mükafatının verilməsini nəzərdə tutur.
Qeyd edək ki, təşəbbüs çərçivəsində Təhsil və Elm Nazirliyi tərəfindən müəyyən edilmiş meyarlara uyğun olaraq, şagirdlərin, məktəb ictimaiyyətinin və ya cəmiyyətin inkişafına müxtəlif istiqamətlərdə xüsusi töhfə verən müəllimlərin hekayələri toplanacaq. Bundan sonra müxtəlif sahələrin tanınmış simalarının birləşdiriləcəyi xüsusi təyinatlı komissiya ilin ən yaxşı müəllimlərini müəyyənləşdirəcək.