28 
Iyl
2020
22:54
2584

Tbilisi yaxınlığında avtomobil güllə yağışına tutuldu- FOTO

Tskneti yolunda avtomobil güllə yağışına tutuldu.

InterPress.ge ipn-ə istinadən xəbər verir ki, atışma nəticəsində nəqliyyat vasitəsinə ziyan dəyib. Hadisədə heç kim xəsarət almayıb.

Vurulan avtomobil Futbol Federasiyasının keçmiş vitse-prezidenti Leri Sulaberidzeyə məxsusdur.

Leri Sulaberidze ona atəş açanların kim olduğunu bilmədiyini deyib.

Sulaberidzenin vəkil İrma Çkaduanın sözlərinə görə, hadisə ilə bağlı əlavə təfərrüatlar sonradan müzakirə ediləcək.

"Mən sizə heç nə deyə bilmərəm və heç bir şeyi istisna edə bilmərəm. Detalları araşdırmalıyıq və bundan sonra sizə məlumat verəcəyəm" dedi Çkadua.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisənin qəsdən adam öldürməyə cəhd göstərməsini nəzərdə tutan 19-108-ci maddələr, habelə qanunsuz olaraq odlu silah əldə etməsi, saxlanması və daşınmasını nəzərdə tutan 236-cı maddələrə əsasən istintaq başlanılıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər