
Bu il vahid milli imtahanlar əsasında abituriyentlərə verilən dövlət qrantının həcmi 12 600 000 lari təşkil edir
2023-2024-cü tədris ili üçün dövlət hazırlığı qrantının illik həcmlərinin, proqram təminatının məbləğinin və həcminin müəyyən edilməsi haqqında qərarda qeyd olunur ki, vahid milli imtahanlar əsasında veriləcək dövlət hazırlığı qrantının tam məbləği 2250 lari təşkil edəcək.
InterPress.ge xəbər verir ki, hökumətin qərarına əsasən, vahid milli imtahanlar əsasında veriləcək dövlət hazırlığı qrantının illik məbləği 12 600 000 lari təşkil edir.
Qeyd edək ki, qərara əsasən, tələbə qrantı müsabiqəsində tam dövlət hazırlığı qrantı, qismən dövlət hazırlığı qrantı və ya qismən dövlət hazırlığı qrantının məbləğini artırmaq hüququ qazanan tələbələr topladıqları ballardan asılı olaraq, 215 000 lari daxilində, aşağıdakı məbləğlərdə maliyyələşdiriləcək: Tam dövlət təhsil qrantı - 70 000 lari; tam dövlət təhsil qrantının 70 faizi - 70 000 lari; Tam dövlət təhsil qrantının 50 faizi - 75 000 lari.