01 
Sen
2023
11:10
445

Vahid milli imtahanların yekun nəticələri açıqlanıb

Vahid milli imtahanların yekun nəticələri açıqlanıb.

InterPress.ge xəbər verir ki, bu barədə Milli İmtahan Mərkəzinin məlumat yayıb. 

Məlumata görə, nəticə ilə tanış olmaq üçün abituriyent https://online.naec.ge/defonline/ internet saytına daxil olaraq şəxsi nömrəsini və beşrəqəmli parolunu müvafiq sahədə qeyd etməlidir.

“Abituriyent sistemə daxil olduqdan sonra hansı ali təhsil müəssisəsində təhsilini davam etdirmək hüququ əldə etdiyi təhsil proqramı ilə bağlı məlumatları görəcək. Şəxsi səhifədə dövlət qrantının alınması haqqında da məlumat verilir.

Milli Qiymətləndirmə və İmtahan Mərkəzi gələcək tələbələrə xatırladır ki, müqavilə imzalamaq üçün ali təhsil müəssisəsi ilə (təhsillərini davam etdirmək hüququnu əldə etdikləri) əlaqə saxlamaq lazımdır", - deyə məlumatda qeydo lunub.

 

Bizimlə əlaqə saxlayın