Biznes sektorunda orta əmək haqqı 289 lari artıb
2023-cü ilin 2-ci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə biznes sektorunun dövriyyəsinin həcmi 15,2 faiz artaraq 48 milyard lari təşkil edib.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Statistika Xidməti yayıb.
Məlumata görə, biznes sektorunun istehsal tempi də artım tendensiyası ilə xarakterizə olunur. 2023-cü ilin II rübündə onun həcmi 18,3 milyard lari müəyyən edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,8 faiz çoxdur.
Bundan əlavə, “Sakstat”ın məlumatına görə, 2023-cü ilin II rübündə sahibkarlıq sektorunda muzdla çalışan işçilərin orta sayı 737,7 min nəfər müəyyən edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 6,1 faiz çoxdur. İşçilərin ümumi sayının 42,9 faizini qadınlar, 57,1 faizini isə kişilər təşkil edir.
Rəsmi məlumatlara görə, 2023-cü ilin II rübündə sahibkarlıq sektorunda muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 1 914,7 lari (keçən ilin müvafiq dövrü ilə müqayisədə 289 lari artıb), onlardan qadınların əmək haqqı isə 1 914,7 lari təşkil edib.
Müəssisələrin ölçüsünə görə orta aylıq əmək haqqı aşağıdakı kimidir:
İri biznes - 2 032,6 lari;
orta biznes – 2 182,6 lari;
Kiçik biznes - 1 570,3 lari.


