"Yüksək iqtisadi artım davam edir" - İrakli Ğaribaşvili
"Yüksək iqtisadi artım davam edir. Yanvar-iyul aylarında iqtisadi artımımız 7,2% təşkil edib".
InterPress.ge xəbər verir ki, bu barədə İrakli Ğaribaşvili hökumətin iclasında bildirib.
Baş nazir inflyasiya və biznes sektorunun fəallığından da danışıb.
“Onu da demək istəyirəm ki, inflyasiya təkcə bizim ölkə üçün deyil, bütün dünya üçün problem idi. İnflyasiyanın tənzimlənməsi və aşağı salınması istiqamətində kifayət qədər təsirli addımlar atmışıq və avqust ayında inflyasiya 0,9% təşkil edir ki, bu, şübhəsiz ki, böyük nailiyyətdir. Demək istərdim ki, ümumilikdə biznes sektorunda çox yüksək aktivlik var. Məsələn, ikinci rübdə biznes sektorunun dövriyyəsi 15% artaraq 48 milyard lari təşkil edib, iki rübdə isə bütün biznes sektorunun dövriyyəsi 92 milyard larini keçib ki, bu da çox sevindirici haldır, çünki görünən odur ki, biznes bizi izləyir, daha çox inam, proqnozlaşdırıla bilənlik var və bütün bunları, əlbəttə ki, qoruyub saxlamalıyıq, daha yüksək templərlə böyüməyə davam etməliyik”, - baş nazir bildirib.


