Gürcüstanda koronavirusa son yoluxmaların haradan olduğu açıqlandı
"Koronavirusun 10 yeni halından 5-i Qaçiani kəndinə, 4-ü xaricdən daxil edilməyə, onlardan ikisi yük avtomobili sürücüləridir".
InterPress.ge xəbər verir ki, bu barədə Tbilisinin yoluxucu xəstəliklər xəstəxanasının tibb direktoru Marina Ezuqbaia deyib.
Marina Ezuqbaianın bildirdiyinə görə, digər birinin yoluxma mənbəyi araşdırılır.
“Dünən ölkədə koronavirusa yoluxma sayı 1145 idi, bu saya 10 koronavirus yoluxması əlavə edildi və hal hazırki ümumi say 1155-i təşkil edir. Bu gün sağlamlıqlarına 2 nəfər quvuşdu və ümumi say 929 nəfərə şatdı. Bu statistikaya nəzərən bu gün covid mərkəzlərdə 248 nəfər müalicə alır.
10 xəstənin yoluxma mənbəyi: 5-i Qaçiani kəndinə, 4-ü xaricdən daxil edilməyə aiddir, digər birinin yoluxma mənbəyi araşdırılır", - deyə Ezuqbaia qeyd etdi.


