05 
Sen
2023
15:12
490

Prokurorluq qrup zorakılığı faktına görə dörd nəfərə qarşı ittiham irəli sürüb

Gürcüstan Prokurorluğu dörd nəfərə qarşı Çoxatauridə qrup zorakılığı faktına görə ittiham irəli sürüb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.

“Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırma zamanı müəyyən edilib ki, sentyabrın 3-də Çoxatauridə müttəhimlər qrup halında zorakılıq törədiblər.

Dörd nəfərin hamısı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin 1-ci Prima hissəsinin “B” yarımbəndi ilə (zorakılıq, qrup halında törədildikdə) ittiham olunub və bu, iki ilədək həbs cəzasını nəzərdə tutur.

Artıq prokurorluq həbs qətimkan tədbirinin tətbiq edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edib. 

Cinayət işinin istintaqı davam etdirilir”, - deyə məlumatda qeyd olunub.
 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər