Peşə məktəblərində tələbələrin sayı artır - Hansı peşələrə daha çox tələbat var?
Gürcüstanda peşə məktəblərinə tələbat artır. Sakstat məlumatlarına görə, 2022-ci ildə əvvəlki illə müqayisədə həm yeni qəbul olunan tələbələrin, həm də məzunların sayı artıb.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb.
Daha dəqiq desək, 2022-ci ildə dövlət və özəl təhsil müəssisələrində 14 103 tələbə, 2021-ci ildə isə 11 204 tələbə peşə təhsili proqramlarına qəbul olunub. Məzunlara gəlincə, ötən il peşə məktəblərini 7605 tələbə, 2021-ci ildə isə 6775 tələbə bitirib.
2022-ci ildə ən çox tələbənin qəbul olunduğu Top-5 ixtisası təqdim edirik:
Mühəndislik, istehsal, tikinti - 3 284
Xidmətlər - 2 877
Səhiyyə, sosial təminat - 2 178
İnformasiya və kommunikasiya texnologiyaları - 1 815
Biznes, idarəetmə və hüquq - 1 789.
2022-ci ilin məlumatlarına görə, Gürcüstanda 52-si özəl, 42-si dövlət olmaqla, ümumilikdə 94 peşə təhsili proqramları həyata keçirən müəssisə var.
Bundan başqa, 94 müəssisədən 67-si peşə kolleci, 19-u ali təhsil müəssisəsi, 8-i isə ümumi təhsil müəssisəsidir.


