
Aksizsiz siqaretlərin saxlanması, daşınması və satışı ilə bağlı 19 fakt aşkar edilib
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları cari ilin avqust ayında bütün Gürcüstan ərazisində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində külli miqdarda aksiz markası olmayan malların saxlanması - daşınması - satışı ilə bağlı 19 fakt aşkar edilib, bu faktlara görə 12 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilib, onlardan 3-ü saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Maliyyə Nazirliyinin İstintaq Xidməti yayıb.
Məlumata görə, istintaq hərəkətləri nəticəsində təqsirləndirilən şəxslərdən ümumi bazar dəyəri 47 000 laridən çox olan 9445 ədəd müxtəlif adda rüsumsuz siqaret götürülüb.
istintaq Gürcüstan Cinayət Məcəlləsinin cəza olaraq 6 ildən 8 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan 200-cü maddəsi ilə aparılır.