07 
Sen
2023
11:57
502

Narkotik vasitəyə görə iki nəfər saxlanıldı

Guriya Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində narkotik cinayətlərinə görə 2 nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Polis tərəfindən hakimin qərarı əsasında narkotik cinayətinin açılması məqsədilə 40 gün ərzində bir neçə mərhələdə kompleks əməliyyat-axtarış tədbirləri və gizli audio-video çəkiliş aparılıb.

İstintaqla müəyyən edilib ki, E.B.  Kobuleti şəhərindəki “Psixi Sağlamlıq və Narkomaniyanın Profilaktikası Mərkəzi” MMC-də çalışıb, vəzifə səlahiyyətlərindən cinayət əməlləri üçün istifadə edib və qanunsuz olaraq narkotik vasitələri əldə edib. O cümlədən, 860 nəfər benefisiar üçün nəzərdə tutulmuş dərmanları satmaq məqsədi ilə qanunsuz olaraq “Psixi Sağlamlıq və Narkomaniyanın Profilaktikası Mərkəzi”ndə C.B.-dən əldə edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin şəxsi və iş yerlərinə baxış keçirərkən, içərisində narkotik vasitə olan “metadon” yerləşdirildiyi 22 ədəd 10 milliqramlıq şprislər dəlil kimi götürülüb. E.B.-nin yaşadığı ünvana baxış zamanı 3 ədəd plastik butulkada paylanmış 2,5 litr “metadon” məhlulu maddi sübut kimi götürülüb.

Polis əməliyyat-axtarış tədbiri keçirdikdən sonra “Psixi Sağlamlıq və Narkomaniyanın Profilaktikası Mərkəzi” MMC-yə möhür vurub.

Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin birinci, üçüncü, beşinci və altıncı hissələri ilə rəsmi statusdan istifadə etməklə, xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz alınması və saxlanması faktları üzrə istintaq aparılır“,- deyə məlumatda qeyd olunub.

Cinayətlər 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.

Bizimlə əlaqə saxlayın